Yuxarı

Təhsil Nazirliyi: Təhsil müddətinin azaldılmasından çox artırılmasının böyük faydası var

Təhsil Nazirliyi: Təhsil müddətinin azaldılmasından çox artırılmasının böyük faydası var
Nazirlik ümumtəhsil müəssisələrində tədris müddətinin azaldılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib
© Report.az

Bakı. 25 may. REPORT.AZ/ Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində tədris müddətinin azaldılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

"Report"un xəbərinə görə, Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bununla bağlı jurnalistlərə açıqlama verib. O, valideynlərin tədris müddətinin azaldılması ilə bağlı şikayətlərinin əsaslı görünmədiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir: "İki il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişiklərdən sonra 34 həftə olub. Hətta bu dəyişiliklərdən sonra belə Azərbaycan yenə də uşağını ən az məktəbə göndərən ölkələrdən biridir. Çünki bizim ölkədə bu müddət dünya təcrübəsindəki orta təhsil müddətindən 6 həftə azdır. Ona görə də validyenlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görünmür".

Nazirliyin şöbə müdiri qeyd edib ki, artırılan tədris həftələrində hansı işlərin görüldüyü ayrı-ayrı məktəblərin, müəllimlərin davranışı ilə bağlıdır: "Bir çox məktəblərdə bu müddətdə müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır. Bunun faydasını dərhal yox, uzun müddətə görəcəyik. Ona görə də təhsil müddətinin azaldılmasından çox artırılmasının təhsilə çox böyük faydası var".

O, həmçinin xatırladıb ki, dərslərin başlama və bitmə vaxtı müvafiq sənədlə tənzimlənir: "Mövcud qaydalara görə, Azərbaycanda dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də bitir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi