Təhsil Nazirliyi Tovuzda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması məsələsinə aydınlıq gətirib

Təhsil Nazirliyi Tovuzda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması məsələsinə aydınlıq gətirib Nazir müavini: "Əsas məsələ orada bəzi hallarda sinif komplektlərinin olmamasıdır"
Elm və təhsil
6 Dekabr , 2016 13:27
Təhsil Nazirliyi Tovuzda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması məsələsinə aydınlıq gətirib

Bakı. 6 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyi tədris ilinin əvvəlində bəzi mətbuat orqanlarında Tovuz rayonunda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması barədə məlumatlara aydınlıq gətirib.

"Report"un xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərin sualına cavabında bildirib ki, heç bir rayonda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması halları mövcud deyil: "Yeni tədris ilinin əvvəlində Tovuz rayonunda 500-dək orta məktəb müəlliminin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı məlumatı araşdırdıq. Müəyyənləşdi ki, əsas məsələ orada bəzi hallarda sinif komplektlərinin olmamasıdır".

Nazir müavini yeni sinfin açılması üçün müəyyən standartların olduğunu xatırladıb. O bildirib ki, ikinci yeni sinfin formalaşdırılması üçün gərək 20 şagird olsun: "Ona görə də 20 nəfərdən az şagird kontingenti ilə yeni sinfin açılmasına imkan verilmir. Sinfin bölünməsi üçün 30 nəfərdən yuxarı şagird sayı olmalıdır ki, həmin sinif iki yerə bölünsün. Tovuzdakı məsələ ilə əlaqədar bəzi hallarda hansısa sinif komplektlərinin formalaşmasında dəqiqləşdirmələr aparılmayıb. Bu da hansısa müəllimin dərs yükü normasına təsir edə bilər, lakin heç bir ixtisardan söhbət gedə bilməz". 

Son xəbərlər

Orphus sistemi