Yuxarı

Təhsil Nazirliyi: Qarlı hava ilə əlaqədar ölkə məktəblərindəki vəziyyət araşdırılır

Yaxın saatlarda ictimaiyyətə ətraflı məlumat veriləcək

Bakı. 26 yanvar. REPORT.AZ/ "Qarlı hava şəraiti ilə bağlı orta təhsil müəssisələrində davamiyyətin necə olması ilə bağlı hazırda araşdırma aparılır". Bunu "Report"a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Sektor müdirinin sözlərinə görə, paytaxt və bölgələrdəki məktəblərdəki vəziyyətin necə olması araşdırılır və yaxın saatlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi