Bakı. 26 yanvar. REPORT.AZ/ "Qarlı hava şəraiti ilə bağlı orta təhsil müəssisələrində davamiyyətin necə olması ilə bağlı hazırda araşdırma aparılır". Bunu "Report"a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Sektor müdirinin sözlərinə görə, paytaxt və bölgələrdəki məktəblərdəki vəziyyətin necə olması araşdırılır və yaxın saatlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.