Təhsil Nazirliyi: Qarlı hava Bakı məktəblərində davamiyyətə kifayət qədər mənfi təsir edib

Təhsil Nazirliyi: Qarlı hava Bakı məktəblərində davamiyyətə kifayət qədər mənfi təsir edib “Məktəblərin bağlanması nəzərdə tutulmur”
Elm və təhsil
17 Fevral , 2017 09:37
Təhsil Nazirliyi: Qarlı hava Bakı məktəblərində davamiyyətə kifayət qədər mənfi təsir edib

Bakı. 17 fevral. REPORT.AZ/ “Qarlı hava şəraiti Bakıda yerləşən məktəblərdə davamiyyətə kifayət qədər mənfi təsir edib”.

Bunu “Report”un sorğusuna cavab olaraq, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, davamiyyət daha çox qar yağan ərazilərdə yerləşən məktəblərdə özünü büruzə verir: “Davamiyyətin aşağı düşməsinə baxmayaraq, məktəblərin bağlanması nəzərdə tutulmur”.

Son xəbərlər

Orphus sistemi