Bakı. 10 avqust. REPORT.AZ/ "Özəl universitetlərdə təhsil alan tələbələrin dövlət ali təhsil müəssisələrinə köçürülməsində heç bir məhdudiyyət yoxdur".
"Report" xəbər verir ki, bunu təhsil nazirinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
O bildirib ki, özəl universitetdən dövlət universitetlərinə köçürülmə zamanı sadəcə tələbənin qəbul imtahanında topladığı balla bağlı məhdudiyyəti ola bilər: "Yəni tələbənin qəbul zamanı yığdığı bal köçürüldüyü ali təhsil müəssisəsində seçdiyi ixtisasın keçid balından yüksək olmalıdır".