Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlər üçün müsahibələr təşkil edir

    Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi İlə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən müsahibələrin keçirilməsi nəzərdə tutulur.

    Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Müsahibədə iştirak etmək istəyən namizədlər 29 mart - 4 aprel 2018-ci il tarixlərində http://www.miq.edu.az/muqavile/ linkində qeydiyyatdan keçməlidirlər.

    Sözügedən müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan, tutulmayan və ya yeni yaranan vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilər.

    Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fizika, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə keçid balı 42, musiqi fənni üzrə 30, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə fizika, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə keçid balı 36, musiqi fənni üzrə isə 24 bal müəyyənləşdirilib. Digər fənnlər üzrə keçid balları müvafiq olaraq 36 və 48 bal müəyyən edilib.

    Müsahibələrin keçirilmə yeri və tarixi barədə məlumat elektron sənəd qəbulu başa çatdıqdan sonra hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi