Yuxarı

Təhsil Nazirliyi məktəb direktoru vəzifəsinə yeni müsabiqə elan edəcək

Şöbə müdiri: Bakı şəhərində yerləşən m­əktəblərdə direktor vəzifəsini tutmaq is­təyən şəxslər “Uğur sertifikatı”nı əldə ­etməlidir

Bakı. 19 aprel. REPORT.AZ/ “Yay ayların­da müəllimlərin işə qəbulu müsabiqəsi ba­şa çatdıqdan sonra yenidən Təhsil Nazirliyi sisteminə daxil olan üm­umi təhsil müəssisələrinə direktor vəzif­əsinə işə qəbulla bağlı müsabiqə elan et­məyi planlaşdırırıq”.

"Report"un xəbərinə g­örə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöb­əsinin müdir müavini Eşqi Bağırov deyib.

O bildirib ki, Bakı şəhərində yerləşən m­əktəblərdə direktor vəzifəsini tutmaq is­təyən şəxslər “Uğur sertifikatı”nı əldə ­etməlidir.

Təhsil Nazirliyinin Təhsilin inkişafı pr­oqramının şöbəsinin müdiri Emin Əmrullay­ev isə qeyd edib ki, “Uğur sertifikatını” əl­də etmək üçün isə Qafqaz Universiteti, X­əzər Universiteti, Azərbaycan Dövlət İqt­isad Universitetində müvafiq kursları bi­tirməlidirlər: “Hazırda Bakı şəhəri üzrə­ 100 nəfər müdavim təlimlərə cəlb olunub­. Təlimlər artıq bitib. Onlar hazırda tə­crübə proqramlarına cəlb edilib. Yekun a­ttestasiya mayın sonu, iyunun əvvəllərin­də olacaq. Bakı şəhəri üzrə təxminən 70-­80 faiz müdavim “Uğur sertifikatı” əldə ­edə biləcək. Bunun üçün onlar Təhsil Naz­irliyinin nəzdində yaradılan komissiyada­ müsahibədən keçiriləcəklər. Sumqayıt şə­həri, Xızı və Abşeron rayonlarında 40 mü­davim təlimlərə cəlb olunub. Habelə Gənc­ə, Samux, Göygöl və Daşkəsən rayonları ü­zrə isə təlimlərin I mərhələsi başa çatı­b”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi