Təhsil Nazirliyi ilə "British Council" təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb

Təhsil Nazirliyi ilə "British Council" təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb Sənədi təhsil nazirinin müavini Firudin Qurbanov və "British Council"un Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayd imzalayıb
Elm və təhsil
8 Oktyabr , 2015 20:40
Təhsil Nazirliyi ilə British Council təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyi ilə "British Council" təşkilatı arasında "İş dünyası üçün bacarıqlar" və "Mehmanxana inzibatçısı" layihələrinin dəstəklənməsi barədə əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Sənədi təhsil nazirinin müavini Firudin Qurbanov və "British Council"un Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayd imzalayıb.

Mərasimdə bildirilib ki, "İş dünyası üçün bacarıqlar" layihəsində ilk peşə-ixtisas təhsili müəssisələrində İKT və telekommunikasiya üzrə təhsil alan şagirdlərin bilik və bacarıqlarının artırılması, eyni zamanda həmin təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə fəaliyyət göstərən müəllimlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihənin reallaşdırılmasında məqsəd şagirdlərə iqtisadiyyat və biznes üzrə baza biliklərinin verilməsidir. Bununla yanaşı, layihə şagirdlərə telekommunikasiya və İKT sahəsində təcrübə proqramı vasitəsilə praktiki biliklər qazanmaq imkanı yaradacaq.

"Mehmanxana inzibatçısı" layihəsinin məqsədi isə 5 nömrəli Bakı Peşə Liseyində mehmanxana inzibatçılığı üzrə ixtisas fənn müəllimlərinin potensialının artırılmasıdır. Bu layihə çərçivəsində milli standartlara uyğun müvafiq kurikulumun hazırlanması, şagird və mühəndis-pedaqoji heyət üçün iş üzrə təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi