Yuxarı
    Bağlamaq

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi: İtkin düşən uşaqların dərsə davamiyyəti yaxşı olub

    Onlar dərsdən çıxıb və evlərinə yola salınıb

    Bakı. 18 fevral. REPORT.AZ/ "Fevralın 17-də Bakının Nizami rayonu ərazisində yerləşən 32 saylı məktəbin IV sinif şagirdləri Şamil Babayev və İsmayıl Şəfiyev dərsdən çıxıb və evlərinə yola salınıb". Bu barədə itkin düşmüş şagirdlərlə bağlı "Report"un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

    Sorğunun cavabında o da qeyd olunub ki, hər iki şagirdin dərsə davamiyyəti və qiymətləri yaxşı olub.

    Qeyd edək ki, hazırda uşaqların tapılması ilə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi məşğul olur. 
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi