Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi: I sinfə qəbulda mikroərazi prinsipi bölgələrə şamil olunmur

    “Bu prinsip sadəcə Bakı məktəblərində tətbiq edilir”© Report.az

    Bakı. 12 aprel. REPORT.AZ/ Təhsil Nazirliyi bölgələrdə yerləşən orta ümumtəhsil müəssisələrində şagirdlərin birinci sinfə qəbulunda mikroərazi məsələsinin tədbiq edilib-edilməyəcəyinə münasibət bildirib.

    Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, mikroərazi prinsipi sadəcə Bakı məktəblərində tətbiq olunur: “Bölgələrə hələlik şamil olunmur”.

    Xatırladaq ki, əvvəlki illərdən fərqli olaraq bu il I sinfə qəbulda valideynlərə məktəbi, təlim dilini, müəllimi seçmək hüququ verilib. Eyni zamanda, bu ildən etibarən Bakıda az məktəbdə süni sıxlığın qarşısını almaq üçün şagird qəbulunda mikroərazi sistemi həyata keçirilir.

    Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə, ilk növbədə həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi