Yuxarı

Təhsil Nazirliyi gürcü dili üzrə mütəxəssis axtarır

Xidmətin icra müddəti bu ilin dekabr ayından gələn ilin dekabr ayınadək olacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyi gürcü dili üzrə mütəxəssis axtarır. Nazirlikdən "Report"a verilən məlumata görə, mütəxəssis dərsliklərin gürcü dilinə tərcüməsinin keyfiyyətinin eskpertizasını aparacaq.

Belə ki, ümumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri üçün "Azərbaycan dili" (dövlət dili kimi), "Riyaziyyat", "Xarici dil", "İnformatika", "Həyat bilgisi", "Texnologiya", "Musiqi", "Təsviri incəsənət", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Fiziki tərbiyə" fənləri üzrə dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) gürcü dilinə tərcüməsinin keyfiyyətinin ekspertizası aparılacaq.

Xidmətin icra müddəti bu ilin dekabr ayından gələn ilin dekabr ayınadək olacaq.

Xidmət üzrə tələb olunan mütəxəssis seçimi zamanı müxtəlif elm sahələri üzrə Azərbaycan-gürcü, yaxud rus-gürcü dilləri üzrə peşəkar bilik və bacarıqlara, pedaqoji təcrübəyə malik olanlara üstünlük veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi