Təhsil Nazirliyi əmək haqqı artımı cədvəlini faiz göstəriciləri ilə açıqlayıb

Təhsil Nazirliyi əmək haqqı artımı cədvəlini faiz göstəriciləri ilə açıqlayıb Müəllimlərin 12,8%-nin əmək haqqındakı artım 40%-dən yuxarı olacaq
Elm və təhsil
2 Aprel , 2015 15:21
Təhsil Nazirliyi əmək haqqı artımı cədvəlini faiz göstəriciləri ilə açıqlayıb

Bakı. 2 aprel. REPORT.AZ/ Təhsil Nazirliyi ictimaiyyətin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əmək haqqı artımı ilə bağlı müraciətlərini nəzərə alaraq, əmək haqqı artımı cədvəlini faiz göstəriciləri ilə təqdim edib. 

Nazirlikdən "Report"a bildirilib ki, hesablamalara əsasən, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əmək haqqı 30-40 faiz, 32,7 faizinin əmək haqqı 20-30 faiz, 7,1 faizinin əmək haqqı 15-20 faiz həcmində artıb.

Cədvələ əsasən, Bakı məktəblərinin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 0,1%-i 0-5%, 0,7%-i 5-10%, 3,2%-i 10-15%, 7,1%-i 15-20%, 32,7%-i 20-30%, 43,3%-i 30-40% həcmində artıq əmək haqqı alacaq. Müəllimlərin 12,8%-nin əmək haqqındakı artım 40%-dən yuxarı olacaq.

Son xəbərlər

Orphus sistemi