Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılmasına münasibət bildirib

Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılmasına münasibət bildirib Nazirlik onun işdən çıxarıldığını təsdiqləyib
Elm və təhsil
26 Sentyabr , 2017 15:46
Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılmasına münasibət bildirib
Report

Bakı. 26 sentyabr. REPORT.AZ/ Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılması ilə bağlı məsələyə münasibət bildirib. 

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Kimya-bilogiya təmayüllü respublika liseyində müəllim vəzifəsində işləyən respublikanın əməkdar müəllimi Həcər Sadıxova çalışmanın yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib.

Qeyd edək ki, H.Sadıxovanın moderator.az saytında yer almış məktubunda heç bir qanuni əsas olmadan işdən çıxarıldığı bildirilib. O, bu işdə məktəb rəhbərliyini günahlandırıb. 

Son xəbərlər

Orphus sistemi