Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə münasibətlərin gərgin olması barədə iddialara münasibət bildirib

Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə münasibətlərin gərgin olması barədə iddialara münasibət bildirib “Dövlət İmtahan Mərkəzi bəzi məsələləri Təhsil Nazirliyi ilə razılaşdırmalıdır”
Elm və təhsil
20 May , 2016 14:07
Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə münasibətlərin gərgin olması barədə iddialara münasibət bildirib

Bakı. 20 may. REPORT.AZ/ Təhsil nazirinin müavini Firudin Qurbanov bəzi KİV-lərin Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi arasında münasibətlərin gərgin olması barədə iddialarına münasibət bildirib.

Nazir müavini “Report”a açıqlamasında hansısa gərginliyin olmadığını deyib: “Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin təsdiq edilən Nizamnaməsində hansı qurumun hansı sahələrdə məsuliyyət daşıması konkret göstərilib və bu sənədə əsasən, bəzi məsələlər Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır”.

Onun sözlərinə görə, təhsil sahəsində keyfiyyətə nail olmaq üçün hər iki qurum birgə işləyəcək: “Yəqin ki, birgə səylər nəticəsində ümumi keyfiyyətə, səmərəliliyə nail olacağıq. Əsas odur ki, şəffaf, səmərəli sistem fəaliyyət göstərsin, ali məktəblərə, orta ixtisas məktəblərinə yüksək səviyyəyə malik abituriyentlər qəbul olsun. Hazırda yeni yaradılan qurumla nazirlik bu istiqamətdə əməkdaşlıq edir”.

Son xəbərlər

Orphus sistemi