Təhsil Nazirliyi ​"Dərslik portalı"ndan istifadə edənlərin sayını açıqlayıb

Təhsil Nazirliyi ​"Dərslik portalı"ndan istifadə edənlərin sayını açıqlayıb İyun ayında “Dərslik portalı”ndan (derslik.edu.az) 1275678 dəfə istifadə edilib
Elm və təhsil
1 İyul , 2016 19:21
Təhsil Nazirliyi ​Dərslik portalından istifadə edənlərin sayını açıqlayıb

Bakı. 1 iyul. REPORT.AZ/ Bu ilin iyun ayının sonunadək “Dərslik portalı”ndan (derslik.edu.az) 1275678 dəfə istifadə edilib.

Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, bu ayın sonunadək 2332 nəfər qeydiyyatdan keçib.

"Dərslik portalı" dərsliklərin monitorinqi nəticəsində hazırlanan rəylərdəki irad və təkliflərlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə layihəsidir.

Son xəbərlər

Orphus sistemi