Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi deputatın dərsliklərlə bağlı bəzi iradlarına münasibət bildirib

    © Foto: edu.gov.az

    Bakı. 16 oktyabr. REPORT.AZ/ Millət vəkili Aqil Abbas bu gün Milli Məclisdə çıxışı zamanı məktəb dərsliklərində problemlərlə bağlı bəzi iradlarını bildirib.

    Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov "Report"a açıqlamasında bildirib ki, millət vəkili Aqil Abbasın qeyd etdiyi fikirlər heç bir məktəb dərsliyində yer almayıb: "Ən təəssüfedici odur ki, millət vəkili dərsliklərlə bağlı ittihamları hər hansı araşdırma aparmadan irəli sürür. Bir daha bildirmək istərdik ki, dərslik tərtibatı çoxsaylı mərhələlərdən keçir. Dərslik layihələri çapdan öncə ən azı 6 ay ictimai müzakirəyə çıxarılır. Bu müzakirələrin nəticəsi olaraq, irad və təkliflər diqqətlə araşdırılaraq yekun variantda əks olunur. Ancaq təəssüf ki, hörmətli yazıçımız Aqil Abbasın indiyədək ictimai müzakirəyə çıxarılan dərsliklərlə bağlı hər hansı təklifinə və iradına rast gəlməmişik".

    "Təhsil Nazirliyi dərsliklərin keyfiyyətinin qüsursuz olmasında ən maraqlı tərəfdir və bu istiqamətdə peşəkarcasına edilən hər bir tənqid və iradın nəzərə alınması üçün əməkdaşlığa hazırdır", - o qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi