Yuxarı

Təhsil Nazirliyi daha bir müəllimin şagirdi döyməsi videosu ilə bağlı araşdırmaya başlayıb - VİDEO

Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Təhsil Nazirliyi sosial şəbəkələrdə Xırdalandakı 9 saylı məktəbdə baş verdiyi iddia edilən müəllimin şagirdi döyməsi videosu ilə bağlı araşdırmalara başlayıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

"Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - nazirlikdən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi