Təhsil Nazirliyi bu il təmir olunan məktəblərin sayını açıqlayıb

Təhsil Nazirliyi bu il təmir olunan məktəblərin sayını açıqlayıb 112 təhsil müəssisəsində kommunikasiya şəbəkəsinin yenilənməsi işləri başa çatdırılıb
Elm və təhsil
25 Dekabr , 2015 13:20
Təhsil Nazirliyi bu il təmir olunan məktəblərin sayını açıqlayıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu il ölkə üzrə 19 ümumi təhsil müəssisəsi, 7 internat məktəb, 2 ali təhsil, 4 orta ixtisas təhsili, 3 ilk peşə-ixtisas təhsili, 2 məktəbdənkənar təhsil müəssisəsində tikinti, əsaslı təmir və ya yenidənqurma işləri aparılıb. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, 72 təhsil müəssisəsində cari təmir işləri, 1 təhsil müəssisəsində abadlaşdırma işləri, 112 təhsil müəssisəsində kommunikasiya şəbəkəsinin yenilənməsi işləri başa çatdırılıb, eləcə də 12 təhsil müəssisəsi qazlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi