Təhsil Nazirliyi bu il işə qəbul olunan müəllimlərin sayını açıqlayıb

Təhsil Nazirliyi bu il işə qəbul olunan müəllimlərin sayını açıqlayıb Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
Elm və təhsil
24 Avqust , 2015 16:07
Təhsil Nazirliyi bu il işə qəbul olunan müəllimlərin sayını açıqlayıb

Bakı. 24 avqust. REPORT.AZ/ Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb. Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müsabiqədə iştirak etmək üçün 3 462 vakant yerə 24 437 nəfər ərizə verib. Onlardan 21 795 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin birinci mərhələsinə - test imtahanlarına buraxılıb. Müsabiqənin birinci yerləşdirilməsi nəticələrinə görə 1 877 nəfər işə qəbul olunmaq hüququ qazanıb.

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə yerləşdirilmə aparılıb. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 3 599 nəfər əlavə yerləşdirmədə iştirak üçün müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 356 nəfər işə qəbul olunub.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 2 233 nəfər işə qəbul edilib. Onlardan 1 589 nəfərinə (71%) həvəsləndirmə tədbirləri tətbiq olunub. Bu il müsabiqə nəticəsində vakant yerlərin tutulma göstəriciləri ötən ilin nəticələrindən 32% artıqdır. Belə ki, ötən tədris ilində işə qəbul olunanların sayı 1 692 nəfər olmuşdusa, cari dərs ilində onların sayı 540 nəfər artıb.

Bu il keçirilmiş müsabiqədə 20 min nəfərdən çox namizədin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya şikayəti verən olmayıb.

Son xəbərlər

Orphus sistemi