Təhsil Nazirliyi Bədii Yaradıcılıq Evinin direktorunu mükafatlandırıb

Təhsil Nazirliyi Bədii Yaradıcılıq Evinin direktorunu mükafatlandırıb Mükafatı təhsil nazirinin müavini Firudin Qurbanov təqdim edib
Elm və təhsil
8 Oktyabr , 2015 16:21
Təhsil Nazirliyi Bədii Yaradıcılıq Evinin direktorunu mükafatlandırıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin, eyni zamanda nazirlik sistemində fəaliyyət göstərən idman məktəblərinin, yaradıcılıq mərkəzlərinin rəhbərləri və əməkdaşlarının təltifetmə mərasimi keçirilib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Mərasimdə bildirilib ki, mayın 27-dən başlayaraq 1 ay müddətində "Bakı-2015"ə dəstək məqsədilə paytaxtın Fəvvarələr meydanında qurulan "İfam" xalq səhnəsində Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evində fəaliyyət göstərən bədii qiraət, nitq mədəniyyəti, mahnı, vokal və rəqs dərnəklərinin üzvləri çıxış ediblər. Ümumilikdə "İfam" səhnəsində çıxış edən 956 iştirakçıdan 400-ə yaxını Bədii Yaradıcılıq Evinin dərnək üzvləri olub. Qeyd edilib ki, şagird və tələbələrin bu işə cəlb olunması, koordinasiyası, ictimaiyyətin konserti izləməsi üçün şəraitin yaradılması və digər işlərin həyata keçirilməsində Bədii Yaradıcılıq Evinin kollektivi və nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi mühüm rol oynayıb. Bunları nəzərə alaraq Bədii Yaradıcılıq Evinin direktoru və bir neçə əməkdaşı "Fəxri fərman"a layiq görülüb.

I Avropa Oyunları zamanı nazirliyin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin kollektivləri isə kütləvi idman yarışlarının keçirilməsində, eyni zamanda yarışlar zamanı təşkilati işlərin görülməsində göstərdikləri xidmətə görə "Fəxri fərman"la təltif olunublar.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov təltif olunanlara təbriklərini çatdırıb və mükafatları onlara təqdim edib.

Son xəbərlər

Orphus sistemi