Təhsil Nazirliyi Bakıda 105 müəllimin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib

Təhsil Nazirliyi Bakıda 105 müəllimin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib Bakı. 28 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyi 2017-2018-ci tədris ili üçün 105 müəllimin çalışdıqları ümumi təhsil müəssisələrinə müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib.
Elm və təhsil
28 Dekabr , 2017 14:29
Təhsil Nazirliyi Bakıda 105 müəllimin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib

Bakı. 28 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyi 2017-2018-ci tədris ili üçün 105 müəllimin çalışdıqları ümumi təhsil müəssisələrinə müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib.

“Report” xəbər verir ki, bu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı hesabatda yer alıb.

Hesabatda qeyd olunub ki, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin rayondaxili (şəhərdaxili) yerdəyişməsi çərçivəsində 183 müəllimin, Təhsil Nazirliyi sisteminə daxil olan digər ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin respublika daxili yerdəyişməsi çərçivəsində isə 92 müəllimin iş yeri BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə dəyişdirilib.

Müəllimlərin işə qəbulu müsabiqəsinin I turu üzrə 391 nəfər, II turu üzrə 219 nəfər müəllim vəzifəsinə işə qəbul edilib. Tədris ili çərçivəsində müddətli müqavilə ilə 866 müəllim işə qəbul üçün göndərilib.

Son xəbərlər

Orphus sistemi