Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi: "Azərbaycanda ümumilikdə 368 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir"

    Müəssisələrdən 95-i Uşaq-Gənclər İdman məktəbləri, 66-sı Uşaq-Gənclər Şahmat məktəbləri, 1-i isə Uşaq-Gənclər Fiziki Hazırlıq klubudur

    Bakı. 16 aprel. REPORT.AZ/ "Hazırda Azərbaycanda ümumilikdə 368 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 162-si idman məktəblərinin payına düşür". "Report"un məlumatına görə, bunu Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin aparıcı məsləhətçisi Hilal Salmanov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

    O bildirib ki, müəssisələrdən 95-i Uşaq-Gənclər İdman məktəbləri (10 məktəbin ixtisaslaşdırılmış olimpiya ehtiyatları statusu var), 66-sı Uşaq-Gənclər Şahmat məktəbləri (4 məktəbin ixtisaslaşdırılmış olimpiya ehtiyatları statusu var), 1-i isə Uşaq-Gənclər Fiziki Hazırlıq klubudur.

    Nazirlik rəsmisi əlavə edib ki, idman məktəblərində 29 idman növü üzrə bölmələr fəaliyyət göstərir: "İdman müəssisələrində ümumilikdə 5 515 qrup fəaliyyət göstərir. Qruplar üzrə məşğul olanların ümumi sayı 65 min nəfərdən artıqdır. Bütün idman müəssisələri üzrə ötən il ümumilikdə 2 850 medal (867 qızıl, 869 gümüş, 1114 bürünc) qazanılıb. Beynəlxalq turnir, birincilik, çempionat və s. yarışlarda 564 medal qazanılıb, onlardan 184-ü qızıl, 167-si gümüş, 213-ü bürüncdür. Respublika yarışlarında isə 2 286 medal, onlardan 683-ü qızıl, 702-si gümüş, 901-i bürünc olub".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi