Təhsil Nazirliyi ali məktəblərə ödənişli qəbul planının ləğvinə aydınlıq gətirib

Təhsil Nazirliyi ali məktəblərə ödənişli qəbul planının ləğvinə aydınlıq gətirib "Ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin gələn ildən ləğv edilməsi nəzərdə tutulub"
Elm və təhsil
28 Dekabr , 2015 14:58
Təhsil Nazirliyi ali məktəblərə ödənişli qəbul planının ləğvinə aydınlıq gətirib

Bakı. 28 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyi ali məktəblərə ödənişli qəbul planının ləğvi ilə bağlı məsələyə aydınlıq gətirib. 

"Report" xəbərinə görə, nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, məsələ yanlış anlaşılıb: "Söhbət ödənişli qəbul yerlərinin ləğvindən gedir. Bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə - dövlət sifarişi və ödənişli əsaslarla formalaşır. Misal olaraq, hansısa universitet ödənişli qəbulla ora 50 nəfər qəbul edə bilirdisə, növbəti ildən həmin universitetin infrastruktur, müəllim heyəti, tədris proqramları, innovasiya keyfiyyəti, idarəetmə çevikliyi imkan verərsə, bu say arta bilər və limit həmin keyfiyyətə görə müəyyənləşə bilər. Nəticə etibarilə həmin universitet 50 nəfər deyil, daha çox tələbə qəbul edə bilər".

Nazirlik rəsmisi onu da əlavə edib ki, ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin gələn ildən ləğv edilməsi nəzərdə tutulub: "Bu mexanizm 2016-2017-ci tədris ilindən qəbul zamanı tətbiq olunacaq. Hazırda mexanizm işlənilir. Bu mexanizm elə ilk mərhələdə bütün ölkə üzrə tətbiq olunacaq və bütün ali məktəblərdəki ödənişli plan yerlərinə şamil ediləcək".

Son xəbərlər

Orphus sistemi