Təhsil Nazirliyi: Ali məktəblərdə təhsil haqlarının artırılması məsələsinə baxılacaq

Təhsil Nazirliyi: Ali məktəblərdə təhsil haqlarının artırılması məsələsinə baxılacaq Yaqub Piriyev: "Bu məsələ yenə də ali təhsil müəssisələrinin səlahiyyətində saxlanılacaq"
Elm və təhsil
29 Dekabr , 2015 12:32
Təhsil Nazirliyi: Ali məktəblərdə təhsil haqlarının artırılması məsələsinə baxılacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ "Təhsil haqlarının artırılması məsələsinə 2016-cı ilin mart ayında baxılacaq”. "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib. 

O bildirib ki, təhsil haqlarının artırılması ali təhsil müəssisələrinin səlahiyyətindədir: “Bu məsələ yenə də həmin müəssisələrin səlahiyyətində saxlanılacaq. Hələlik ödənişlərin artımı gündəmdə deyil. Mart ayında universitetlərdə yeni tədris planı qurulacaq. Onda bu məsələyə baxılacaq”.

Son xəbərlər

Orphus sistemi