Yuxarı

Təhsil Nazirliyi ABU-da təhsilini yarımçıq qoyan 128 nəfərin attestatlarını geri qaytarıb

Attestatların qaytarılması prosesi davam etdirilir

Bakı. 20 may. REPORT.AZ/ Təhsil Nazirliyi fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunan attestatlarının qaytarılması prosesini davam etdirir. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Müvafiq siyahıda adı olan şəxslərdən mayın 19-na qədər Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçən 221 nəfərdən 128-i sənədlərini geri alıb.

Qeyd edək ki, qeydiyyatdan keçən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək sənədlərini geri ala bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi