Təhsil Nazirliyi 20 nömrəli məktəb-liseyin gələcək taleyi ilə bağlı rəsmi açıqlama yayıb

Təhsil Nazirliyi 20 nömrəli məktəb-liseyin gələcək taleyi ilə bağlı rəsmi açıqlama yayıb 3000 şagird yerlik layihələndirilmiş yeni məktəbin 2016-2017-cı tədris ili üçün istifadəyə verilməsi planlaşdırılır
Elm və təhsil
9 İyun , 2015 17:24
Təhsil Nazirliyi 20 nömrəli məktəb-liseyin gələcək taleyi ilə bağlı rəsmi açıqlama yayıb

Bakı. 9 iyun. REPORT.AZ/ Təhsil Nazirliyi Bakı şəhərindəki 20 nömrəli məktəb-liseyin gələcək taleyi ilə bağlı rəsmi açıqlama yayıb. Nazirlikdən "Report"a verilən məlumata görə, adıçəkilən məktəb Azərbaycanın ən böyük təhsil müəssisələrindən biridir.

Açıqlamada deyilir: "Bu tədris ocağında 111 sinifdə 2 830 şagird təhsil alır. Əvvəlki dövrlərdə isə məktəb-liseydə 3 200 nəfərədək şagird oxuyub. Məktəbdə çalışan 289 müəllimdən 5-i əməkdar müəllim, 5-i ilin müəllimi, 3-ü isə fəlsəfə doktorudur.

Hazırda paytaxtın digər iki məktəbində müvəqqəti yerləşdirilən 20 nömrəli məktəb-liseydə elektron təhsil müəssisəsi kimi bir sıra innovasiyayönümlü layihələr gerçəkləşdirilib.

Bu məktəb-lisey Bakı şəhərinin əhalinin ən sıx məskunlaşdığı ərazisində yerləşdiyinə görə təhsil müəssisəsinin yeni tikilən binasının müasir tələblərə uyğun inşa olunması nəzərdə tutulub. 3000 şagird yerlik layihələndirilmiş və 25 000 kvadratmetr sahəsi olacaq yeni məktəbin 2016-2017-cı tədris ili üçün istifadəyə verilməsi planlaşdırılır. Məktəb-liseyin eskiz layihəsi və digər müvafiq sənədləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilib".

Təhsil Nazirliyi 20 nömrəli məktəb-liseyin yeni inşa olunan binasının layihə üzrə görüntülərini də yayıb.

Son xəbərlər

Orphus sistemi