Təhsil Nazirliyi 175 müəllimin iş yerini dəyişməsinə razılıq verib

Təhsil Nazirliyi 175 müəllimin iş yerini dəyişməsinə razılıq verib Vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyulda aparılacaq
Elm və təhsil
19 İyun , 2015 15:50
Təhsil Nazirliyi 175 müəllimin iş yerini dəyişməsinə razılıq verib

Bakı. 19 iyun. REPORT.AZ/ Ümumtəhsil müəssisələrində və peşə liseylərində müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə başa çatıb. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün müraciət edən 3 283 nəfərdən 1 308 nəfər birinci mərhələdə - test imtahanında iştirak edib.

İyunun 16-da keçirilən test imtahanının nəticələrinə əsasən, 197 nəfər seçdiyi vakant yerə işini dəyişmək hüququ əldə edib və müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılıb. Müsahibənin nəticələrinə görə, Təhsil Nazirliyi 175 nəfərin iş yerini dəyişməsinə razılıq verib. İş yerini dəyişənlərdən 172 nəfəri Azərbaycan, 3 nəfəri rus bölməsi üzrə çalışan müəllimlərdir.

Fənlər üzrə təsnifata görə iş yerini dəyişənlərdən 36 nəfər Tarix, 34 nəfər Azərbaycan dili və ədəbiyyat, 20 nəfər İngilis dili, 17 nəfər Fizika, 15 nəfər Riyaziyyat, 14 nəfər Coğrafiya, 11 nəfər Kimya, 7 nəfər İnformatika, 6 nəfər İbtidai sinif, 6 nəfər Biologiya, 5 nəfər Rus dili, 2 nəfər Musiqi, 1 nəfər Fransız dili, 1 nəfər Texnologiya müəllimidir.

İş yerini dəyişən 175 müəllimin 50 nəfəri Bakı, 3 nəfəri Gəncə, 2 nəfəri Şirvan, 2 nəfəri Abşeron, 118 nəfəri isə digər rayon və şəhərlərdəki təhsil müəssisələrini seçiblər.

Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyulda aparılacaq.

Son xəbərlər

Orphus sistemi