Təhsil nazirinin müavini: "Valideynlər, müəllimlər müraciət edirdi ki, abituriyentlərə şans bir neçə dəfə verilsin"

Təhsil nazirinin müavini: "Valideynlər, müəllimlər müraciət edirdi ki, abituriyentlərə şans bir neçə dəfə verilsin" "İnsan biləndə ki, onun yalnız bir dəfə imtahanda iştirak etmək imkanı var, onun üçün bu müsbət nəticə əldə etmək daha çətin olur"
Elm və təhsil
11 Aprel , 2017 13:13
Təhsil nazirinin müavini: Valideynlər, müəllimlər müraciət edirdi ki, abituriyentlərə şans bir neçə dəfə verilsin
Report.az

Bakı. 11 aprel. REPORT.AZ/ Təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov bu ildən Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ödənişli olması nəticəsində sənəd verənlərin sayının kəskin azalması və bunun gənclərin gələcək təhsillərinə necə təsir göstərməsinə münasibət bildirib.

"Report" xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən nazir müavini xatırladıb ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması ilə bağlı olaraq bir sıra normativ sənədlərdə dəyişikliklər edilib.

O bildirib ki, imtahanların ödənişli olması məsələsi də bu məqamdan irəli gələn məsələdir: "Ancaq həmin qərar qəbul edilmədən öncə ölkə başçısının sərəncamına əsasən, ilk dəfə imtahana müraciət edən şəxslərin imtahanlarda iştirakı dövlət vəsaiti hesabına ödənilir. Yəni, bu ilin məzunları üçün ali məktəblərə qəbul imtahanında iştirak etmək ödənişsiz və pulsuzdur. Ötən illərdən fərqli olaraq tətbiq olunan yeniliklərdən biri də ondan ibarətdir ki, artıq bakalavr səviyyəsinə tələbələr 1 deyil, 2 dəfə iştirak etmək hüququ əldə edirlər. Bu bir sıra məqamlar uzun illər mütəxəssislər arasında müzakirə predmeti idi".

"Bizə bir çox hallarda valideynlər, müəllim kollektivləri tərəfindən müraciətlər olurdu ki, abituriyentlərə şans bir neçə dəfə verilsin. Çünki burada psixoloji sıxıntı məqamları ola bilərdi. İnsan biləndə ki, onun yalnız bir dəfə imtahanda iştirak etmək imkanı var, onun üçün bu müsbət nəticə əldə etmək daha çətin olur. Bu prizmadan imtahanın bir dəfədən artıq, yəni 2 dəfə iştirak etmək hüquqları var. Onlar bundan istifadə edə də bilər, istifadə etməyə də bilər. Birinci dəfə bu imtahanlar ödənişsizdir, yalnız 2-ci dəfə imtahanlarda iştirak etdikdə mütləq ödəniş olmalıdır".

Son xəbərlər

Orphus sistemi