Təhsil nazirinin müavini Qubada müşavirə keçirib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Təhsil nazirinin müavini Qubada müşavirə keçirib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub.
Elm və təhsil
20 May , 2019 21:39
Təhsil nazirinin müavini Qubada müşavirə keçirib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub. 


***19:58

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz və Şabran rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək Prezident İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini bildirib, bu sahədə aparılan islahatlardan, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən və son illərdə əldə olunan nailiyyətlərdən danışıb. Şagirdlərin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıb.

Təhsil sistemində yeni yanaşma metodlarından və idarəetmənin təkmilləşdirilməsindən bəhs edən Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Sonra 2018-2019-cu tədris ili ərzində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabatları dinlənilib. Təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, müşavirədə 4 rayonun tədris, təlim və tərbiyə sahəsində gördüyü işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr geniş müzakirə olundu: "Rayonlararası əməkdaşlıq inkişaf etdirilir və rayonların bir-birindən öyrənmək təcrübəsi zənginləşdirilir. Amma bu işin təkmilləşdirilməsinə daha çox ehtiyac var".

Son xəbərlər

Orphus sistemi