Yuxarı
    Bağlamaq

    Təhsil nazirinin müavini: “İslamiadada iştirak edən tələbə-könüllülərə güzəştlər ediləcək”

    Firudin Qurbanov: “IV kursda oxuyan tələbə-könüllülərin tədrisi ilə bağlı çətinlik yaranıb”
    © Report.az

    Bakı. 23 may. REPORT.AZ/ “Bakı 2017” IV İslam Həmrəyliyi oyunlarında iştirak edən tələbə-könüllülərin tədrisi ilə bağlı ali məktəblərdə güzəştlər ediləcək".

    “Report”un xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov bu gün keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, İslamiadanın məşq proseslərində iştirak edən könüllülər bəzi dərslərdə, tədris prosesində iştirak edə bilməyiblər: “Bununla bağlı nazirliyin bütün təhsil ocaqlarına tapşırıq və tövsiyələri olub ki, könüllülərin iştirak etmədikləri dərslərdə qayıbları üzrlü hesab edilsin. Kurs işi, diplom işinin müdafiəsində iştirak edə bilməyən könüllü-tələbələr üçün də əlavə vaxt ayrılacaq”.

    F.Qurbanov bildirib ki, bu çətinlik əsasən IV kursda olub, çünki İslamiadanın məşqləri onların imtahan sessiyası dövrünə düşüb: “Bu prosesin hamısı tənzimlənəcək. Ali məktəblərin rəhbərliyi bu barədə məlumatlıdır və lazımi işlər görüləcək. Ölkə üçün siyasi, iqtisadi, mədəni əhəmiyyət daşıyan mötəbər yarışda iştirak edən tələbə-könüllülərə bütün lazımi güzəştlər göstəriləcək”. 

    O vurğulayıb ki, bu tədbirə daha çox Bakıdakı ali və orta ixtisas təhsili müəsisələrinin tələbələri cəlb edilib: “Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Texniki Universitetinin tələbələri isə bu yarışlarda üstünlük təşkil edib. Könüllülərin mötəbər tədbirlərdə iştirakı onlar üçün məktəbdir. Onların təcrübəsi, dünyagörüşü artır, könüllüləri cəlb edərək müəyyən xüsusiyyətləri nəzərə alınır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi