Təhsil nazirinin müavini cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini cənub bölgəsində səfərdədir Bakı. 5 mart. REPORT.AZ/ Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir.
Elm və təhsil
5 Mart , 2019 14:05
Təhsil nazirinin müavini cənub bölgəsində səfərdədir

Bakı. 5 mart. REPORT.AZ/ Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir. 

Nazirlikdən "Report"a verilən məlumata görə, səfərdə məqsəd cənub bölgəsində yerləşən rayonlarda təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaqdır.

Nazir müavini səfər çərçivəsində əvvəlcə Lerik rayonunda olub. 

Martın 4-də rayonun Hamarmeşə kənd tam orta, Peştətürk kənd ibtidai məktəblərinə, şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyə və şəhər 3 nömrəli tam orta məktəbə baş çəkən nazir müavini adıçəkilən təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb, dərs prosesini izləyib, şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub.

Məhəbbət Vəliyeva həmçinin həmin məktəblərin 11-ci siniflərində təhsil alan şagirdlərlə görüşüb, onlara peşə seçimi və fənn olimpiadalarının əhəmiyyətindən danışıb.

Nazir müavini eyni zamanda Lerik şəhər 3 nömrəli tam orta məktəbdə rayonda yerləşən təhsil müassisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə təhsil sahəsində son illər aparılan islahatları diqqətə çatdıran M.Vəliyeva məktəb rəhbərlərinə göstəriş və tövsiyələr verib. O, ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərdən nəticə çıxarılmasının önəmini xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi