Təhsil naziri: "Yüksək nəticə göstərən müəllimlər daha yüksək əmək haqqı almalıdırlar"

Təhsil naziri: "Yüksək nəticə göstərən müəllimlər daha yüksək əmək haqqı almalıdırlar" Bu məqsədlə müəllimlərin əmək haqqında differensiallaşdırma tətbiq ediləcək
Elm və təhsil
5 May , 2016 13:40
Təhsil naziri: Yüksək nəticə göstərən müəllimlər daha yüksək əmək haqqı almalıdırlar

Bakı. 5 may. REPORT.AZ/ "Azərbaycanda yüksək nəticə göstərən və daha yüksək biliklərə malik olan müəllimlər yüksək əməkhaqqı almalıdır". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu məqsədlə müəllimlərin əmək haqqında differensiallaşdırma tətbiq ediləcək: "Bunun üçün lazım olan konsepsiya hələ hazırlıq mərhələsində olduğundan, dəqiq hansı meyarların tətbiq ediləcəyi ekspertlərin təklifi və aidiyyatı dövlət orqanları ilə birgə işləndikdən sonra məlum olacaq".

Təhsil naziri yeni yaradılan Ərazi Maliyyə mərkəzlərinin regional təhsil idarələrinin fəaliyyətə başlamasına keçidə təkan ola bilməsi barədə məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, regional maliyyələşmə idarələri prezidentin sərəncamına əsasən, 2016-cı ilin dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair onların üzərinə qoyulan vəzifələri həyata keçirilir: "Bu işin həyata keçirilməsində onlar həm yerli icra hakimiyyətləri orqanları, həm də Maliyyə Nazirliyinin tabeliyində olan maliyyə idarələri ilə sıx çalışır. Bütün bu işlərin əsas məqsədi ondan ibarətdir ki, bizim ümumtəhsil sistemimizin maddi təminatı-təchizatı, cari təmiri mümkün qədər optimallaşdırılmış formada həyata keçirilsin. Burada həm təhsil alanların, həm məktəblərin tədris prosesi üçün zəruri olan təminat ən yüksək səviyyədə həyata keçirilsin".

Son xəbərlər

Orphus sistemi