Təhsil naziri vəzifəsini icra edən şəxsin adı açıqlanıb

Təhsil naziri vəzifəsini icra edən şəxsin adı açıqlanıb Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb.
Elm və təhsil
5 Dekabr , 2017 18:01
Təhsil naziri vəzifəsini icra edən şəxsin adı açıqlanıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb.

Bu barədə "Report"a Təhsil Nazirliyindən bildirilib. 

"Bundan əvvəl də nazir vəzifə başında olmadığı hallarda onu Ceyhun Bayramov əvəz edirdi", - deyə nazirlikdən əlavə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib. 

Son xəbərlər

Orphus sistemi