Yuxarı
    Bağlamaq

    Təhsil naziri Tərtərdə vətəndaşları qəbul edəcək

    Dinlə
    Təhsil n­aziri Ceyhun Bayramov

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov Tərtər rayonunda vətəndaşları qəbul edəcək.

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul oktyabr 19-u saat 10:00-da Tərtər şəhərindəki Gənclər Mərkəzində mərkəzində olacaq.

    Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

    Qəbula gəlmək istəyən vətəndaşlar oktyabr ayının 8-12-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi