Yuxarı
    Bağlamaq

    Təhsil naziri təhsildə fərqlənən məzunlarla görüşüb

    Mikayıl Cabbarov məzunlarla söhbət edib, gələcək planları ilə maraqlanıb və onların suallarını cavablandırıb

    Bakı. 14 iyun. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb.

    Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri, müəllim və direktorlar iştirak ediblər.

    Nazir məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb.

    Son illər ölkə Prezidentinin rəhbərliyi ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan M.Cabbarov respublika fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların daha yaxşı təşkili üçün görülən məqsədyönlü işləri və qazanılan uğurları diqqətə çatdırıb. O, Azərbaycanın gələcəyinin bugünkü gənclərdən yüksək bilik və bacarığa, kreativ düşüncəyə malik olmağı, müasir çağırışlara cavab verməyi tələb etdiyini deyib, gənc yaşlardan uğur əldə etməyin önəmini vurğulayıb.

    Görüşdə peşə seçiminin ən vacib məsələ olduğunu xatırladan Mikayıl Cabbarov bu yolda düzgün qərar verilməsinin və gələcək hədəflərin müəyyən edilməsinin əhəmiyyətini qeyd edib. Təhsil naziri müstəqil dövlətimizin gələcək inkişafı naminə həyata keçirilən tədbirlərdə gənclərimizin uğurla təmsil olunacağına əminliyini ifadə edib və məzunlara bir daha xoş arzularını çatdırıb.

    Sonra Mikayıl Cabbarov məzunlarla söhbət edib, gələcək planları ilə maraqlanıb və onların suallarını cavablandırıb.

    Görüşdə məzunlara təşəkkürnamələr təqdim edilib, xatirə fotoşəkli çəkilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi