Təhsil naziri: "Son zəng" gününün tarixi ilə bağlı bütün məsələlər tənzimlənəcək"

Təhsil naziri: "Son zəng" gününün tarixi ilə bağlı bütün məsələlər tənzimlənəcək" Təhsil Nazirliyi Nazirlər Kabinetinə təkliflər göndərib
Elm və təhsil
20 Aprel , 2015 17:44
Təhsil naziri: Son zəng gününün tarixi ilə bağlı bütün məsələlər tənzimlənəcək

Bakı. 20 aprel. REPORT.AZ/ "Azərbaycanda müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı həyata keçirilən islahatların davam etdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə müvafiq təklif təqdim olunub". "Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. 

Nazirin sözlərinə görə, hökumətdə artıq digər rayonlarda sınaq qiymətləndirməsi prosesinin həyata keçirilməsi təklifinə baxılır.

O, həmçinin orta təhsil müəssisələrində "Son zəng" gününün tarixi ilə bağlı məsələyə də toxunub: "Bu tarixi hər zaman məktəblərin öhdəsinə buraxırdıq. Bu il də müvafiq olaraq may ayının sonunda ayrı əmr imzalanacaq. Bununla da "Son zəng" gününün tarixi ilə bağlı bütün məsələlər tənzimlənəcək".

Son xəbərlər

Orphus sistemi