Yuxarı

Təhsil naziri şahmat üzrə dünya çempionu olan məktəbli ilə görüşüb

Təhsil naziri şahmat üzrə dünya çempionu olan məktəbli ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov Hindistanın Mumbay şəhərində keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qalib olan Bakı şəhəri 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı ilə görüşüb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, Ceyhun Bayramov Aydın Süleymanlını qazandığı uğur münasibətilə təbrik edərək bu nailiyyətin ölkəmiz üçün qürurverici olduğunu bildirib. Təhsil naziri ona gələcəkdə qatılacağı yarışlarda yeni-yeni qələbələr qazanmağı, Azərbaycanın bayrağını daim yüksəklərdə saxlamağı arzulayıb, həmçinin ölkəmizdə şahmatın gələcək inkişafında Aydının da xüsusi rolunun olacağına inamını ifadə edib.

Aydın Süleymanlı Təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb.

Görüşdə dünya çempionuna hədiyyələr təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi