Təhsil naziri Şabranda vətəndaşları qəbul edəcək

Təhsil naziri Şabranda vətəndaşları qəbul edəcək Qeydiyyatdan keçmiş vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər
Elm və təhsil
30 Yanvar , 2017 11:16
Təhsil naziri Şabranda vətəndaşları qəbul edəcək

Bakı 30 yanvar. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Şabranda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul fevralın 6-da saat 10:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz sakinləri və həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 30, 31 yanvar və 1, 2 fevral 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi