Təhsil naziri Qobustanda vətəndaşları qəbul edib

Təhsil naziri Qobustanda vətəndaşları qəbul edib Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər
Elm və təhsil
8 Fevral , 2016 20:50
Təhsil naziri Qobustanda vətəndaşları qəbul edib

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün təhsil naziri Mikayıl Cabbarov Qobustan şəhərindəki Gənclər Mərkəzində vətəndaşları qəbul edib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpaolunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi