Yuxarı

Təhsil naziri Qobustanda vətəndaşları qəbul edəcək

Qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər

Bakı. 1 fevral. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov fevralın 8-də Qobustan şəhərindəki Gənclər Mərkəzində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək.

Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 1, 2, 3, 4 və 5 fevral tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi