Yuxarı

Təhsil naziri Qazaxda vətəndaşları qəbul edəcək

Təhsil naziri Qazaxda vətəndaşları qəbul edəcək
© Report — Təhsil naziri Ceyhun Bayramov

Bakı. 6 avqust. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov Qazax şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbul avqustun 13-də saat 10:00-da şəhərin Ədəbiyyat Muzeyində başlayacaq. 

Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayon sakinləri, o cümlədən bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 6-9 avqust 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi