Yuxarı
    Bağlamaq

    Təhsil naziri: "Peşə təhsilinin inkişafı işsizliyin aradan qaldırılmasına töhfə verir"

    Dinlə
    © Report/ Elchin Murad — Təhsil naziri Ceyhun Bayramov

    Bakı. 31 oktyabr. REPORT.AZ/ "İnsan kapitalının əhəmiyyətinin artdığı və rəqabətin yüksək olduğu müasir dövrdə fərdlər, cəmiyyət və iqtisadiyyatın inkişafı üçün informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların və səriştələrin tanınması böyük əhəmiyyət kəsb edir".

    "Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda keçirilən konfransda deyib.

    Onun sözlərinə görə, ölkədə bacarıqların bu yolla tanınması və bundan sonra əmək bazarına daxil olmaq istəyən şəxslərin peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağın əhəmiyyətli dərəcədə artmasına və məşğulluğa bilavasitə təsir göstərəcək.

    Nazir bildirib ki, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin aradan qaldırılmasına töhfə verir.

    C.Bayramov əlavə edib ki, aidiyyatı dövlət qurumlarının, sahibkarların, işəgötürən təşkilatların nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin daxil olduğu işçi qrup tərəfindən "Vətəndaşların peşə-ixtisas təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası" hazırlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi