Yuxarı

Təhsil naziri: "Olimpiadalarda iştirak edən şagirdlərin sayı artıb"

Mikayıl Cabbarov: Yüksək keyfiyyətlərə malik gənclərin təşviqinə xüsusi önəm vermək lazımdır”

Bakı. 11 fevral. REPORT.AZ/ “Ötən il ölkədə keçirilən olimpiadalarda 22 minə yaxın şagird iştirak edirdisə, bu il həmin rəqəm 27 minə çatıb. İnanıram ki, gələcəkdə bu rəqəm getdikcə artacaq. Təhsillə elmin sıx əlaqəsi hər zaman diqqət mərkəzindədir”.

“Report”un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Sabahın alimləri” müsabiqəsinin açılışı mərasimində deyib.

Nazir bildirib ki, müsair dövrdə təhsilin inkişafı üçün bir sıra keyfiyyət göstəricilərinə əməl olunmalıdır: “Qeyri-standart düşüncə tərzi və yanaşma bu işdə xüsusi rol oynayır. Bu gün uğur qazanmaq üçün sadalananlar zəruri alətlərdir. Lakin ortaya sual çıxır ki, bu meyarları düzgün tətbiq edə bilirikmi?! Belə keyfiyyətlərə malik gənclərin təşviqinə xüsusi önəm vermək lazımdır”.

O qeyd edib ki, hazırda Azərbaycan cəmiyyətində gələcəkdə öz sözünü deyə biləcək kifayət qədər şagird var.

M.Cabbarov vurğulayıb ki, “Sabahın alimləri” müsabiqəsində ölkənin 11 şəhər və rayonunun ümumtəhsil müəssisələrinin X-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edir. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi