Bakı. 18 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov respublika fənn olimpiadalarının nəticələri barədə əmr imzalayıb. Nazirlikdən "Report"a verilən məlumata görə, əmr 2014-2015-ci tədris ili üzrə keçirilən məktəblilərin Respublika fənn olimpiadalarının başa çatması ilə bağlı nəticələrin elan edilməsi və qaliblərinin mükafatlandırılması məqsədilə imzalanıb.
Əmrə əsasən, 2014-2015-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının nəticələri elan edilməli, İnformasiya şöbəsi əmrin çoxaldılıb yerlərə göndərilməsini, "Azərbaycan müəllimi" qəzetində və Nazirliyin "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etməlidir.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.