Yuxarı

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

​Təhsil naziri olimpiada qalibləri ilə görüşüb 17 01

Təhsil naziri Ceyhun Bayramov Azərbaycanı yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadası və XVI Beynəlxalq Jautikov Olimpiadasında uğurla təmsil edən məktəblilərlə görüşüb.

"Report" xəbər verir ki, görüşdə C.Bayramov olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edərək bu uğurların davamlı olacağına əminliyini bildirib.

Təhsil naziri müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, həmçinin son illərdə məktəblilərimizin beynəlxalq səviyyədə qazandığı uğurları diqqətə çatdırıb.

Ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışan nazir məktəblilərə öz tövsiyələrini verib, onlara yeni-yeni nailiyyətlər arzulayıb.

Sonda olimpiada qaliblərinə hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər.

Qətərin paytaxtı Dohada keçirilən Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasında isə məktəblilərimiz 4-ü gümüş, 2-si bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi