Yuxarı
    Bağlamaq

    Təhsil naziri müəllimlərin işə qəbulu barədə əmr imzalayıb

    Ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu mərkəzləşdirilmiş qaydada olacaq

    Bakı. 4 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə əmr imzalayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

    Əmrin imzalanmasında məqsəd ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsini və işə qəbulunu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə təşkil etməkdir.

    Əmrə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbat müəyyənləşdirilməli, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydaları təsdiq edilməli, 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiq edilməlidir.

    Əmrin icrasına nəzarət nazirliyin Aparat rəhbərinə həvalə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi