Təhsil naziri Mikayıl Cabbarov Moskvada beynəlxalq təhsil sərgisinin açılışında iştirak edib

Təhsil naziri Mikayıl Cabbarov Moskvada beynəlxalq təhsil sərgisinin açılışında iştirak edib Azərbaycanda rus dilinin tədrisi məsələləri müzakirə olunub
Elm və təhsil
14 Aprel , 2016 07:38
Təhsil naziri Mikayıl Cabbarov Moskvada beynəlxalq təhsil sərgisinin açılışında iştirak edib

Bakı. 14 aprel. REPORT.AZ/ Moskvada səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Rusiya paytaxtında keçirilən III Moskva Beynəlxalq təhsil sərgisinin açılışında iştirak edib.

"Report"un "Azərtac"a istinadən məlumatına görə, sərgi çərçivəsində M.Cabbarov A.S.Puşkin adına Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq, Azərbaycanda rus dilinin tədrisi və digər məsələlər müzakirə olunub.

Görüş zamanı iki ölkə gənclərinin birgə layihələrdə iştirakından da danışılıb. Azərbaycan və Rusiya gənclərinin qarşılıqlı səfərlərinin həyata keçirməsi, bir-birinin dilini, mədəniyyətini yaxından öyrənməsi, ölkələrimiz arasında mədəni, iqtisadi və diplomatik əlaqələrin tarixini araşdırmasının vacibliyi vurğulanıb.

Daha sonra nazir Mikayıl Cabbarov sərgi ilə tanış olub.

Rusiya Təhsil Nazirliyi tərəfindən təşkil olunan III Moskva Beynəlxalq təhsil sərgisində ənənəvi olaraq müəllimlər, təhsil təşkilatlarının, nazirlik və idarələrin rəhbərləri, tələbələr və şagirdlər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi