Yuxarı
    Bağlamaq

    Təhsil naziri məzunları təbrik edib

    Dinlə
    Təhsil n­aziri Ceyhun Bayramov

    Bakı. 14 iyun. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov 2017/2018-ci dərs ilinin başa çatması və “Son zəng”lə bağlı məzunları təbrik edib. 

    "Report"un məlumatına görə, təbrikdə deyilir:

    "Əziz məzunlar!

    Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibəti ilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm!

    Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcək. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi və dəyərlər bu yolda sizə zəruri dəstək verəcək.

    Əminəm ki, Siz özünütəsdiq inamınızla arzuladığınız gələcəyi quracaq, ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız.

    Əziz məzunlar!

    Prezidentimizin qeyd etdiyi kimi, zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Güclü Azərbaycanı müasir düşüncəli, milli ruhlu, əməksevər vətəndaşlar yaşadır və irəli aparır. Ömürboyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclərimiz bizim qızıl insan kapitalımızdır.

    Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız!

    Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram!"

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi