Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək Qəbul yanvarın 12-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq
Elm və təhsil
6 Yanvar , 2015 14:09
Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov yanvarın 12-də, saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul edəcək. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Qəbula gəlmək istəyən vətəndaşlar 6, 7, 8 və 9 yanvarda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi